Yuxarı

Rusiya XİN-dən Bakı və İrəvana: Buna hazırıq!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsini təşkil etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə erməni siyasətçinin Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səyləri və 2020-2022-ci illərdəki üçtərəfli sazişlərin ən yüksək səviyyədə səmərəsiz olması ilə bağlı iddiasına cavab olaraq bildirib.

“Bakı ilə İrəvan arasında əsirlərin mübadiləsinə dair son sazişlərin və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın reqlamentinə dair razılaşmanın əhəmiyyətinə baxmayaraq, Rusiyanın məsləhətçi köməyi ilə üç liderin razılaşdığı real delimitasiya işləri 2021-ci ilin noyabrından hələlik işə salınmayıb. Avropa İttifaqının missiyasının gəlişinə görə Ermənistan tərəfi sərhəd zonalarında vəziyyəti sabitləşdirmək üçün KTMT mexanizmlərindən imtina edib”, - M.Zaxarova qeyd edib.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, yüksək səviyyəli liderlərin yuxarıda qeyd olunan qərarlarının icrasının dayandırılması bəzilərinin iddia etdiyi kimi, Moskvanın siyasətinin deyil, İrəvanın hərəkətlərinin uyğunsuzluğunun birbaşa nəticəsidir.

“Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - Rusiya tərəfinin bütün lazımi yardımı göstərməyə hazır olduğu, aktuallığı və faydalılığı dəfələrlə sübut edilmiş üçtərəfli sazişlərin icrasına qayıtmaq", - M.Zaxarova vurğulayıb.

Tarix
2023.12.14 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

Adil Qeybulla Tofiq Yaqublunun son durumunu açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla