Yuxarı

ABŞ və Rusiyanın Türkiyəyə hücum planı açıldı - Xəritə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiyanın dəstəyini alan PYD terror təşkilatı Suriyada bahara qədər dövlət qurub, daha sonra bütün gücü ilə Türkiyəyə hücuma keçməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə iqtidarına yaxın "Star" qəzeti yazıb.

Qəzet rəsmi Ankaranın PKK-nın Suriya qanadı hesab etdiyi PYD-nin yeni planını deşifrə edib.

PKK-nın Türkiyənin cənub-şərqindəki 3 rayonda minə yaxın itki verməsinə baxmayaraq, dirənməsinin arxasında baharda Türkiyəyə hücum planının olduğu bildirilir. Məlumata görə, PKK türk ordusunu ölkənin şərqində ləngidərək, PYD-nin Suriyada dövlət qurması üçün vaxt qazanmağa çalışır.

"Lazım gələrsə, ölün, lakin təslim olmayın. Baharda İraq və Suriyadan 10 min PKK-çı Türkiyəyə gələcək", - Qəndil terrorçulara əmr verib.

PYD-nin ötən gün Moskvada açdığı nümayəndəliyin binasında asılan xəritədə isə Suriyada qurulacaq yeni dövlətin ərazisi bəlli olub. Xəritədə Suriyanın Türkiyə ilə sərhədləri PYD dövləti kimi göstərilib.

Qeyd edək ki, rəsmi Ankara PYD-ni PKK-nın Suriya qanadı hesab edir. ABŞ ilə Rusiya isə buna qarşı çıxır.

Tarix
2016.02.11 / 10:55
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla