Yuxarı

Məmmədyarov gürcü həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Tiflisdə ikitərəfli görüşü başlayıb.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüş Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun və Gürcüstanın Xarici İşlər naziri Mixail Canelidzenin rəhbərliyi ilə nümayəndə heyətləri arasında keçirilib.

Görüş bu gün Tiflisdə keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.

Gürcüstan xarici işlər nazirinin müavini Giqi Giqiladze jurnalistlərə açıqlamasında bu gün xarici işlər nazirləri səviyyəsində növbəti V görüşün keçiriləcəyini bildirib:

"Bizim münasibətlər aktiv inkişaf edir. Bir neçə gün əvvəl nəqliyyat nazirlərinin görüşü keçirilib. Bundan başqa bu gün ikitərəfli görüşlər də nəzərdə tutulur. İkitərəfli görüşlərdə iqtisadi əlaqələrin inkişafı, siyasi münasibətlərin dərinləşlməsi, siyasi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".

Nazir müavini bildirib ki, üçtərəfli görüşdən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında bəyannamə imzalanacaq: "Bəyannamədə ikitərəfli və üçtərəfli maraqlarımız ifadə olunacaq. Sənəd imzalandıqdan sonra nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində magistral yolun Kartsax sahəsinə baxış keçirəcəklər".

Tarix
2016.02.19 / 10:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla