Yuxarı

Azərbaycanlı biznesmenin obyekti sökülür – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından başlayaraq Moskvada azərbaycanlı biznesmen Ramin Sultanlıya aid "Piramida" ticarət mərkəzinin söküntüsünə başlanılıb.

Publika.az xəbər verir ki, ticarət mərkəzinin sökülməsi üçün Tver küçəsinə xüsusi texnika gətirilib. Moskva meriyası mərkəzin qanunsuz tikinti olduğunu bildirib və bundan sonra R.Sultanlı binanı könüllü şəkildə özü sökmək qərarına gəlib.

Artıq söküntü işlərinə başlanılıb, hasarlanmış əraziyə xüsusi texnika gətirilib.

Rusiyada qanunsuz tikililərin sökülməsi ilə bağlı qərar ötən ilin 8 dekabrında qəbul edilib. Bura 104 təhlükəli qanunsuz tikili daxildir. Artıq 97 obyektin söküntüsü başlayıb. Onların əksəriyyəti metrostansiyaların yaxınlığında yerləşir. Söküntünün mart ayına kimi bitməsi gözlənilir.

Məsələni şərh edən Moskva meri Sergey Sobyanin bildirib ki, qanunsuz tikililərin sökülməsi Rusiyada irsin, tarixin və dürüstlüyün satılmamasının əyani göstəricisidir.

Tarix
2016.02.21 / 12:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla