Yuxarı

Leyla Əliyeva Londonda Xocalı qurbanlarını andı – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Londonda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən ənənəvi anım konserti keçirilib.

Azərtac-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Anım konsertinin tamaşaçıları arasında rəsmi şəxslər, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ictimaiyyətin nümayəndələri, Londonda yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr olublar.

Konsertdən əvvəl çıxış edən TEAS-ın direktoru Lionel Zetter Xocalı soyqırımı haqqında məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən L.Zetter ədalətin tezliklə bərpa ediləcəyinə inandığını deyib.

Sonra Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. TEAS-ın sədri Xocalı faciəsi zamanı yüzlərlə əliyalın soydaşımıza divan tutulduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının fəaliyyəti haqqında məlumat verən Tale Heydərov kampaniya çərçivəsində Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən uğurlu işlərdən də bəhs edib.

Anım konsertində azərbaycanlı musiqiçilər Səbinə Rakçeyeva, Nəzrin Rəşidova (skripka), Rafiq Rüstəmov (tar), Günel Mirzəyeva, Ayan Salahova (pianino), Camal Əliyev (çello), Selcan Nəsibli (soprano), həmçinin Aleksander Cermanoviç (piano) və "Deco" ansamblının ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adgözəlovun, G.Perqolesinin, J.Massenetinin repertuarından Azərbaycan və Qərb klassik musiqiləri səsləndirilib.

Tarix
2016.02.27 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla