Yuxarı

Tahir Kərimov vəzifədən niyə çıxarıldı? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Salyan Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun vəzifəsindən azad olunması bir müddət öncə baş verən hadisəni bir daha gündəmə gətirib.

Axar.az xatırladır ki, ötən ilin avqustunda Salyan rayonunun icra başçısı Tahir Kərimovun məktəblilərin tutduğu qızılgüllərin altından keçərkən çəkilmiş fotoları yayılmışdı. Həmin fotolar 2014-cü ildə keçirilən Gül bayramında çəkilsə də, sosial şəbəkələrdə yalnız bir müddət öncə geniş müzakirə olunmuş, icra başçısının qeyri-təvazökarlığı qınanmışdı.

Prezidentin icra başçıları ilə bağlı ötəngünkü sərəncamını şərh edən PA rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də bildirdi ki, Prezident İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcəkdir.

Z.Nağdəliyev vurğulayıb ki, vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər.

Tarix
2016.03.04 / 17:22
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla