Yuxarı

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin son çıxışı aləmi bir-birinə qatıb. Ağ Ev sahibi bir sıra ölkələri tənqid edərkən, ABŞ-ın müttəfiqlərini də hədəf seçib. Bayden Yaponiya və Hindistanın mühacirlərə qarşı “ksenofobiya” siyasətinin onların iqtisadiyyatlarının durğunlaşmasına səbəb olduğunu iddia edib.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.

Qeyd olunub ki, Vaşinqtonda çıxış edən Ağ Ev sahibi iqtisadiyyatları miqrant siyasəti ilə bu şəkildə əlaqələndirib: “İqtisadiyyatımızın böyüməsinin səbəblərindən biri sizin və başqalarının sayəsindədir. Niyə? Çünki biz immiqrantları salamlayırıq. Niyə Çin iqtisadi cəhətdən belə pis durğunluq içindədir, Yaponiya niyə problem yaşayır, Rusiya və Hindistan niyə problem yaşayır? Çünki onlar ksenofobikdirlər. Onlar immiqrantları istəmirlər. Bizi güclü edən immiqrantlardır”.

Baydenin bu çıxışı ABŞ-nı xarici və təhlükəsizlik siyasətinə zidd kimi qiymətləndirilib. Çünki Bayden bugünlərdə Vaşinqtonda Yaponiyanın Baş naziri Fumiyo Kişida ilə hərbi əlaqələrin inkişafını, Rusiya və Çinə qarşı birgə mübarizə mövzularını müzakirə etmişdi. Bu görüş hər iki tərəfdə müsbət qiymətləndirilmişdi. Ancaq Baydenin qəfil Yaponiyanın ünvanına aşağılayıcı fikirlər söyləməsi Tokioda narahatlıq doğurub. Eyni sözləri Hindistana da aid etmək olar.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Baydenə cavab olaraq, “ilk növbədə deməliyəm ki, Hindistan iqtisadiyyatı zəifləmir, daha da güclənir və bunu beynəlxalq təşkilatlar da qeyd edir” cümləsini işlədib. Hindli diplomat ölkəsinin açıq cəmiyyət olduğunu vurğulayıb. O, “Ekonomik Tayms” qəzetinin təşkil etdiyi dəyirmi masada deyib ki, Baydenin Hindistanın ünvanına dediklərini qətiyyətlə rədd edirlər. Hindistanın xarici işlər naziri ABŞ-ın özündə dözümsüzlüyün olduğunu bildirib və misal kimi ABŞ universitetlərində antiisrail etirazların polis gücünə yatırıldığını vurğulayıb”.

Təhlildə bildirilib ki, Ağ Ev sahibinin ölkəsinə zərər vurduğu çıxışdan Rusiya istifadə etməyə çalışacaq:
“Kreml deyəcək ki, Vaşqinton heç müttəfiqlərinə sadiq deyil. Bunu Baydenin müşavirləri də anlayırlar. Bu səbəbdən Ağ Evin mətbuat katibi Karin Jan-Pyer patronun sözlərini düzəltməyə çalışıb. O deyib ki, ABŞ prezidenti Hindistan və Yaponiyada yaşayan xalqlarla diplomatik münasibətləri gücləndirməyə davam edəcəyini və bunun son üç ildəki hərəkətlərində aydın özünü göstərdiyini bildirib. “Bizim Hindistanla Yaponiya ilə güclü əlaqələrimiz var” deyən mətbuat katibi Prezident Baydenin son üç ildə Tokio və Dehli ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bir daha təkrarlayıb”.

Tarix
2024.05.06 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla