Yuxarı

Erməni xalqı müharibəni seçir? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müxtəlif yürüş və mitinqlər keçirilə bilər. Ancaq əsas məsələ onların hansı nəticəni doğura biləcəyi ilə bağlıdır. Bu etiraz aksiyaları ya çevrilişlə və yeni müharibə ilə nəticələnək, ya da Ermənistan öz öhdəliklərini yerinə yetirəcək, iki ölkə arasında münasibətlərin qurulması mərhələsi başlayacaq. Erməni xalqı özü seçimini etməlidir, burada başqa yol yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov erməni kilsəsinin təşkilatçılığı ilə Kirants kəndindən başlayan və İrəvana istiqamətlənən yürüşü şərh edərkən deyib.

“Nikol Paşinyan və digər hökumət nümayəndələri xalqa olan müraciətlərində ətraflı şəkildə etirazların nəyə gətirib çıxara biləcəyi, hazırda ölkənin gələcəyinin həll edildiyi haqqında danışıblar. Məsuliyyət erməni xalqının üzərindədir. Dörd kəndin qaytarılması hələ ilk mərhələdir. Bundan sonra isə konstitusiyanın dəyişdirilməsi mərhələsi başlayacaq. Ona görə də ilk mərhələnin nəticəsi prosesin sonrakı inkişafına birbaşa təsir edəcək. Azərbaycanın haqlı tələbləri var və bunlar mütləq şəkildə yerinə yetirilməlidir. Əks halda sülh gündəliyi müharibə ilə əvəz ediləcək. Erməni xalqı rasional düşünməli və qərarını verməlidir. Çünki onlar hazırda ölkələrinin gələcək müqəddəratını həll edirlər”, - politoloq qeyd edib.

Tarix
2024.05.06 / 16:25
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak edir

Latviya parlamentinin sədri Füzuliyə getdi

İlham Əliyevin Rəisi ilə görüşü başladı - Foto

Baqrat namizəd olur: indi də Qareginlə keşişi “xərcləyirlər”

Əliyevin inanılmaz planı: 8 il öncə Ordumuz üçün "dəhliz"...

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla