Yuxarı

İrəvanı kim qarışdırır: Nikol bacaracaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər, amma etirazların lideri və simvolu olan “keşiş Qaponun” - Qalstanyanın dünən gedib Köçəryanla görüşməsindən, Qarabağ klanının bu aksiyanın əsas sponsoru olduğu ortalığa çıxandan sonra bu aksiyanın 2-3 günə sönəcəyini artıq indədən söyləmək mümkündür:

"Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir, yeni siyasi-fəlsəfi diskurs açır (xəyali Ermənistandan real Ermənistana keçid), sülhdən, əməkdaşlıqdan danışır. Bəs Qarabağ klanı, kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər – orta statistik ermənini bu mövzlar ilə cəlb etmək mümkün deyil, özü də prosesdə Qarabağ klanı varsa, heç mümkün deyil. Orta statistik erməni anlayır ki, indi zəifdilər, 100 illik “təhlükəsizlik konsepsiyaları” da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir, iqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur – yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir.

Dünən İrəvanın baş meydanında 20-25 min adam yığışdı, bu, son illər Paşinyan əlehinə olan ən böyük mitinq idi, amma bu gün və sabah artıq o qədər insan yığışacağını düşünmürəm.

Həmçinin əgər məlum olsa ki, dünən meydana gedənlər arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən mən təəccüblənmərəm, bu gün İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır...”

Tarix
2024.05.10 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla