Yuxarı

Rubenin Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın təsisçisi olduğu “Avrora” mükafatının təqdimetmə mərasimində onun məktubu oxunub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Vardanyanın məktubunu həyat yoldaşı Veronika Zonabend oxuyub və bildirib ki, məktubu Ruben Bakı həbsxanasından göndərib.

Bakıda həbsdə olan separatçıların bütün hüquqları təmin edilir, həmçinin, ailə üzvləri ilə əlaqə saxlanılmasında heç bir problem yoxdur. Lakin Rubenin həbsxanada oturub “beynəlxalq müraciət” hazırlaması və Azərbaycanı ittiham etməsi ehtimalı azdır. İstisna deyil ki, məktubu Rubenin arvadı, yaxud “məsləhətçiləri” hazırlayıb. Məktubun mətni də bu versiyanı gücləndirir.

Ruben məktubunda “yazır” ki, “Avrora” qəhrəmanları sayəsində qondarma “artsax”a köçmək qərarına gəlib və bu, qərarından “qətiyyən peşman” deyil”. Bu o deməkdir ki, Ruben Qarabağa qeyri-qanuni şəkildə köçdüyünü və orada separatizmə dəstək verdiyini açıq şəkildə etiraf edir. Məhz bu detal məktubun Ruben tərəfindən hazırlanmadığını deməyə əsas verir, çünki separatizmə dəstək verdiyini etiraf etməsi azad olunmaq istəyi ilə ziddiyyətlidir.

Görünür, Rubenin əvəzinə məktub hazırlayanlar bütün əməllərinin etirafı ilə nəticələnən siyasi səhv buraxıblar.

Tarix
2024.05.10 / 17:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla