Yuxarı

Pakistan prezidenti də Bakıya dəvət olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə görüş zamanı Bakıda keçiriləcək COP29-da iştirak etməyə dəvət olunub.

Axar.az xəbər verir ki, Pakistan prezidenti Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı maliyyə ehtiyaclarına dəstək olacağına ümid etdiyini söyləyib.

Dövlət başçısı Pakistan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduqlarını söyləyib. O, iki qardaş ölkə arasında münasibətləri daha da möhkəmləndirmək üçün qarşılıqlı əlaqələri, ikitərəfli mübadilələri və insanlar arasında təmasları təşviq etməyə çağırıb.

Muxtar Babayev Pakistan və Azərbaycan arasında ikitərəfli, xüsusilə turizm və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Pakistan Prezidenti 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-da iştirak etməyə dəvət olunub.

Tarix
2024.05.10 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla