Yuxarı

Rusiyanın Xankəndi ilə bağlı əsl niyyəti üzə çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xankəndidə konsulluq açmaqla bağlı əsassız istəyi Ermənistan mediasında yenidən gündəmə gətirilib. Buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın mətbuat konfransında bu haqda suala cavab verməməsidir. Ermənistan mediası rusiyalı ekspertlərdən Moskvanın Xankəndidə konsulluq açmaq istəyinin səbəblərini soruşub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, rusiyalı analitik Vladimir Yevseyev Rusiya Xarici İşlər Nazirliyində Cənubi Qafqazla bağlı məsləhətləşmələr keçirildiyini qeyd edib.

Əlavə edib ki, Xankəndidə konsulluğun açılmasının səbəblərindən biri Azərbaycanda Rusiya vətəndaşlarına xidmətin göstərilməsi ilə bağlı ola bilər. Hərçənd, Yevseyevin bu iddiası absurd görünür, çünki Rusiyanın Azərbaycandakı vətəndaşlarına xidmət göstərən konsulluğu fəaliyyət göstərir, o cümlədən, Xankəndi də daxil olmaqla azad edilmiş ərazilərdə yaşayış tam təmin olunmadığı təqdirdə, belə bir əsasla konsulluq açmaq niyyətin başqa olduğunu göstərir.

Yevseyev də təsdiq edir ki, burada əsas məqsəd geosiyasi hadisələrdən qaynaqlanır.

“Türkiyə də Qarabağda konsulluq açmaq istəyir, görünür, Rusiya da orada təmsil olunmaqla bölgədə siyasi şərtləri tarazlaşdırmaq niyyətindədir. Belə demək mümkünsə, Rusiya bölgədəki hərbi mövcudluğunu diplomatik mövcudluqla əvəz edərək, hadisələrin mümkün inkişafına öncədən hazırlaşır. Lakin əminəm ki, Azərbaycan buna asanlıqla razı olmayacaq”, - rusiyalı analitik bildirib.

Tarix
2024.06.20 / 10:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Bakının önündə geri çəkildiyini elan etdi - Surenyants

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Mehdiyevin qızı binanı sata bilmədi, 6 milyon ucuzlaşdı

İcra başçısı geyim şirkətinə yol təmir etdirir

Ağdərədə yüzlərlə separatçının məhv edildiyi yer - Video

Manaf Ağayevin oğlu vəzifəsindən çıxarıldı

Anım Günü ilə bağlı Ordumuzda tədbirlər keçirildi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla