Yuxarı

İsrail Nəsrullahı məhv etmək üçün zərbə endirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:52

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Hizbullahın qərargahının yerləşdiyi Beyrutun cənub ətrafına azı 10 raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hücum azı üç dəqiqə davam edib və paytaxtın cənub-qərb rayonlarına, o cümlədən Rusiyanın Livandakı səfirliyinin yerləşdiyi məhəlləyə ziyan dəyib.

Zərbənin Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən Burc əl-Barajna düşərgəsi yaxınlığındakı Hizbullah qərargahına endirildiyi ehtimal edilir.

***

İsrail mediasının məlumatına görə, Hizbullahın Beyrutdakı mərkəzi qərargahına hücumun hədəfi təşkilatın lideri Həsən Nəsrullah olub. Ancaq hücum hədəfinə çatmayıb.

“Jerusəlim Post” isə hədəfin Nəsrullah olması ilə bağlı heç bir rəsmi təsdiq olmadığını yazıb.

***

Hizbullahın Beyrutdakı hərbi qərargahına endirilən zərbələr nəticəsində 2 nəfər ölüb, 76 nəfər yaralanıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Röyters"in məlumatına görə, hücum zamanı hədəfə alınan Hizbullah rəhbəri Həsən Nəsrullah sağdır.

Tarix
2024.09.27 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Mehdiyevin qızı binanı sata bilmədi, 6 milyon ucuzlaşdı

İcra başçısı geyim şirkətinə yol təmir etdirir

Ağdərədə yüzlərlə separatçının məhv edildiyi yer - Video

Manaf Ağayevin oğlu vəzifəsindən çıxarıldı

Anım Günü ilə bağlı Ordumuzda tədbirlər keçirildi - Video

Sürətli bir şəkildə hərəkətə keçmək üçün... - Bayramov

Daşkəsənin hərbi komissarı həbs edildi - Rəsmi

Səfərbərlik Xidmətinin sabiq rəisi həbs olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla