Yuxarı

Əfsanəvi Komandirin hərbi hissəsində andiçmə – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Ordusunun şəhid Komandiri Məhərrəm Seyidovun yeni görüntüləri yayılıb.

Şəhid zabitimizin yeni kadrları "Axar.az"ın elektron poçtuna göndərilib.

Videoda M.Seyidovun 1993-cü ilin sentyabr-oktyabr aylarında 741 saylı hərbi hissənin komandiri olduğu vaxt andiçmə mərasimi zamanı çəkilmiş kadrlar yer alıb.

Qeyd edək ki, Məhərrəm Seyidov Qarabağ savaşının əsas qəhrəmanlarından biri olub. O, cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. Sonuncu döyüş yeri kimi Tərtərdə vuruşan zabitimiz elə buradaca şəhid olub.

Şahidlər danışır ki, ermənilərə əsir düşməməkdən ötrü Pərviz adlı əsgəri ilə birlikdə xəndəkdə gizlənib. Bunu eşidən general Elbrus Orucov şəxsən özünün başçılığı ilə bütün korpusa döyüş əmri verib. Komandir Seyidovun yaralı bədəninin, yaxud cəsədinin gətirilməsini tələb edib. 1994-cü il mayın 3-də Azərbaycan Ordusunun kəşfiyyatçıları onu ölü vəziyyətdə tapıblar. 5 may 1994-cü ildə II Fəxri Xiyabanda dəfn olunan şəhid zabitə ölümündən 32 gün sonra mayor rütbəsi verilib.

Xatırladaq ki, əfsanəvi komandir Məhərrəm Seyidov hələ də Milli Qəhrəman statusu ala bilməyən şəxslər sırasındadır.

Tarix
2014.02.11 / 11:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

Adil Qeybulla Tofiq Yaqublunun son durumunu açıqladı

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla