Yuxarı

Bakı ÜDM-i 24,4 trilyon olan bu təşkilata üzv ola bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü bu gün öz işinə başlayıb. "ŞƏT+” formatında keçiriləcək Sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu nüfuzlu təşkilatın Zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Astana şəhərində səfərdədir:

“23 il əvvəl yaradılan ŞƏT regional əməkdaşlıq forumu statusuna malik olmaqla 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşını (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) özündə birləşdirir. Təşkilata üzv olan 9 ölkənin birgə nominal ümumi daxili məhsulu (ÜDM) 24.4 trilyon dollardır və Avropa Birliyinin birgə ÜDM-dən 6 trilyon dollar çoxdur. Təşkilata üzv olan dövlətlər qlobal nominal ÜDM-in 20 faizdən çoxunu formalaşdırırlar. Dünya neft ehtiyatlarının 20, qaz rezervlərinin isə 44 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Dünya əhalisinin 40 faizinin məskunlaşdığı təşkilat dövlətlərinin qlobal iqtisadiyyatdakı payı hər il daha da atmaqdadır.

2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Son 8 ildə Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra regionda formalaşan yeni düzən fonunda ölkəmiz ilə əməkdaşlığın genişləndirilməsi təşkilatın da regional maraqlarına uyğundur. Belə ki, Azərbaycan regional və bölgəni əhatə edən beynəlxalq layihələrin, o cümlədən nəqliyyat dəhlizlərinin uğurla icrasında və genişləndirilməsində xüsusi töhfəyə malik olan dövlətlərdəndir.

Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir və bu istiqamətdə də fəaliyyətin güclənməsi müşahidə olunmaqdadır. Belə bir status qarşılıqlı olaraq hər iki tərəf üçün faydalı hesab olunur. Cənab Prezidentin rəhbərliyi ilə Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi daha da möhkəmlənməkdədir. Astanada keçirilən görüşlər və aparılan vacib müzakirələr bunu bir daha təsdiq edir”.

Tarix
2024.07.04 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev TDT liderlərinə ziyafət verdi - Foto

Japarovun Şuşa səfəri başa çatdı

Türk liderlər Şuşada: Əliyev çıxış etdi - Foto

Qarabağda yeni seçki məntəqələri yaradılacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla