Yuxarı

Türk ordusunun elitası Bakıda: Rekord qeydə alındı!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hərbi rəhbərliyi 5-ci “ADEX” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ötən gecə Bakıya gəlib. Heyətin bu qədər ali qonaqlardan təşkil olunması diqqət çəkir. Bu həm də Türkiyə-Azərbaycan münasibətlərinin yüksək olduğunun isbatıdır.

Belə heyətin ölkəmizə gəlməsinin pərdəarxası məqamları varmı?

Axar.az xəbər verir ki, türkiyəli hərbi ekspert Abdullah Ağar Globalinfo.az-a açıqlamasında Türkiyənin “ADEX 2024” Beynəlxalq Müdafiə Sərgisinə rekord tərkibdə qatıldığını bildirib:

“Türkiyə başda ən böyük müdafiə və texnologiya şirkətləri olmaqla, ümumilikdə 51 şirkətlə sərgidə təmsil olunur. Bu, iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu əyani şəkildə sübut edir.

Digər tərəfdən, fərqli ölkələrin müdafiə nazirlərinin, ordu mənsublarının, şirkətlərin də sərgidə iştirak etdiyini görürük. Bu mənada Türkiyənin sərgidə iştirakı mütləq idi. Azərbaycan belə tədbirlərin keçirilməsində hər zaman seçilib. Hətta mən deyərdim, Bakı uğurlu bir platforma halına gəlib.

Azərbaycan şimal-cənub, şərq-qərb regionlarının qovşağındadır və bu onun geopolitik önəmini artırır. Bakı ərsəyə gətirə biləcəyi layihələri bu kimi sərgilərlə tanıtmış olur. Söhbət təkcə hərbi sənaye komplekslərindən deyil, region üçün əhəmiyyətli iqtisadi, siyasi layihələrdən də gedir”.

Ağar qeyd edib ki, “ADEX” kifayət qədər çətin tədbirdir:

“Bu baxımdan Türkiyə Azərbaycana bu məsələdə dəstək olur, yardım edir. Ankara bu sərgiyə ən böyük şirkətləri ilə qatılıb. Bu detal belə özlüyündə Ankaranın Bakıya verdiyi dəstəyi göstərir”.

Tarix
2024.09.24 / 14:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Ukraynanın yeni XİN başçısı ilə görüşdü

Zakir Həsənov Ruslan Jaksılıkovla görüşdü

ADEX-2024: Prezidentdən sərgi iştirakçılarına müraciət

Pezeşkian ABŞ-da müxbirə azərbaycanca cavab verdi - Video

Hikmət Hacıyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Müharibəyə göndərilirdilər, Bakı onları geri aldı

Müdafiə nazirləri Bakıda silah sistemlərinə baxdı - Foto

Bu halda heç bir sülh müqaviləsi olmayacaq - Şevçenko

Livandakı səfirliyimiz fəaliyyətini dayandırıb?

Putin bu ölkədə AES tikir: Azərbaycanda isə... - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla