Yuxarı

Toy karvanında qəza: Bəyin bacısı və daha 4 nəfər öldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:35

Biləsuvarda ağır yol qəzası olub.

Axar.az APA-ya istinadla xəbər verir ki, Bəhrəmtəpə-Biləsuvar yolunda "Lada-012" markalı minik avtomobili MAN markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabadad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib:

"Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

***

Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi VAZ-21010 markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi MAN markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, qəza nəticəsində sürücü və sərnişinlər - Pərviz Allahşükür oğlu Hüseynov (1994), Xoşbəxt Arif qızı Hüseynova (1991), Mehriban Hüseyn qızı İsmayılova (1955), Aidə Yasər Hüseynova (1990) və Vasif Əkbər oğlu İsayev (1995) ölüb.

Araşdırma aparılır.

Ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir və onlar yaxın qohumdurlar. Xoşbəxt Hüseynova toyu planlaşdırılan oğlanın bacısıdır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Biləsuvar rayonu, Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, MAN markalı yük avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub və 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix
2024.09.24 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Ukraynanın yeni XİN başçısı ilə görüşdü

Zakir Həsənov Ruslan Jaksılıkovla görüşdü

ADEX-2024: Prezidentdən sərgi iştirakçılarına müraciət

Pezeşkian ABŞ-da müxbirə azərbaycanca cavab verdi - Video

Türk ordusunun elitası Bakıda: Rekord qeydə alındı!

Hikmət Hacıyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Müharibəyə göndərilirdilər, Bakı onları geri aldı

Müdafiə nazirləri Bakıda silah sistemlərinə baxdı - Foto

Bu halda heç bir sülh müqaviləsi olmayacaq - Şevçenko

Livandakı səfirliyimiz fəaliyyətini dayandırıb?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla