Yuxarı

Diplomatlar Laçında səfərdədir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:06

Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın Beynəlxalq Hava Limanına gəlib.

Axar.az xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib.

Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq imkanı əldə ediblər.

***

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Laçına səfərləri çərçivəsində "LaCinema" kino mərkəzində olublar.

Teleqraf xəbər verir ki, burada qonaqlar Laçının dirçəliş yolunu, onun bərpası, müasir inkişafı və zəngin mədəni-turizm potensialını əks etdirən film nümayiş etdirilib.

Daha sonra Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov işğal dövrünün faciəvi nəticələri ilə bağlı prezentasiya təqdim edib. M. Məmmədov işğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri, bölgənin turizm potensialı və infrastrukturu ilə bağlı da məlumat verib.

***

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Laçına səfərləri çərçivəsində Seyrangah və "Gilabi Ceramics" mərkəzlərinə baş çəkiblər.

Burada qonaqlar burada yaradılan şəraitlə tanış olublar.

Seyrangahda qonaqlar Laçını yüksəklikdən izləyiblər. Gilabi Ceramics" mərkəzində onlar keramika nüminələri ilə tanış olublar.

Qeyd edək ki, səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.

Tarix
2025.06.20 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla