Yuxarı

Tanınmış aktyor küçələrdə gül, corab satır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış aktyor küçələrdə gül, corab satır

Allahverdi Yolçuyev müalicəsini davam etdirə bilmək üçün corab satır.

Bu barədə məlumatı Kult.az-a açıqlamasında aktyor özü təsdiqləyib.

O bildirib ki, corab satanda papaq və eynək taxır ki, tanınmasın:

“Mən 336 manat 58 qəpik təqaüd alıram. 50 ildir bu sənətə qulluq edirəm. Dublyajlar, filmlər, tamaşalar... Niyə mən qiymətləndirilmirəm? Niyə təqaüd verilmir ki, rahat gedim dərman alım?”

Onun sözlərinə görə, bundan əvvəl gül, göyərti satıb:

“İnsanlar maddi yardım etmək istəyirlər, deyirəm, ayıbdır. Corab satmaq ayıb deyil. Marketlərdən iki manata alıram, 4-5 manata satıram. O pulla da dərmanlarımı alıram. Parkinson xəstəsiyəm, beyin əməliyyatı keçirmişəm. Evin yarısı ancaq mənim dərmanlarımdır”.

Aktyorun 4 qızı, 5 nəvəsi var. O, hal-hazırda nəvələriylə yaşayır.

Allahverdi Yolçuyev Mədəniyyət Nazirliyinə dəstək üçün müraciət etdiyini qeyd edib.

Tarix
2025.07.25 / 13:48
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla