Yuxarı

Kamal Abdulla jurnalistləri belə təbrik etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla jurnalistləri belə təbrik etdi

Əziz və hörmətli mətbuat nümayəndələri! Sizi Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm!

1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqımızın özünüdərk, milli mənliyinin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanmasında misilsiz rol oynayıb. 150 il ərzində Azərbaycan mətbuatı çətin, lakin şərəfli yol keçərək bu gün özünün yüksək peşəkarlıq və müasir inkişaf səviyyəsinə çatıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman mətbuatın inkişafına xüsusi önəm verib, söz azadlığının təmin olunmasını ölkənin demokratikləşmə yolunda əsas amilllərdən biri kimi dəyərləndirib. Ulu Öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə müstəqil medianın inkişafı, jurnalistlərin sosial rifahının yüksədilməsi və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır.

Nəticədə bu gün Azərbaycan mətbuatı beynəlxalq informasiya məkanında öz layiqli yerini tutmağa nail olub. Azərbaycanın media orqanları təkcə ölkə daxilində deyil, beynəlxalq auditoriyaya da doğru, dolğun və obyektiv məlumatlar çatdırmaqla böyük işlər görür, jurnalistlərimiz cəmiyyətin vicdan səsi, haqqın, ədalətin carçısı olaraq ictimai şüurun formalaşmasında mühüm rol oynayırlar. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də sonrakı bərpa və quruculuq illərində Azərbaycan mediasının göstərdiyi fəaliyyət son dərəcə yüksəkdir.

Milli mətbuatımızın zəngin irsini qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Qürurverici haldır ki, bu gün media nümayəndələrimiz müasir texnologiyalarla işləyir, qlobal informasiya çağırışlarına çevik cavab verirlər. Milli mətbuatın sabit, azad və obyektiv fəaliyyət göstərməsi üçün yaradılan şərait, hüquqi baza və dövlət dəstəyi yeni uğurların təməlidir.

Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə bütün mətbuat işçilərini ürəkdən təbrik edirəm, yaradıcılıq uğurları və yeni zirvələr arzulayıram! Bayramınız mübarək!

Tarix
2025.07.22 / 16:31
Müəllif
Kamal Abdulla
Digər xəbərlər

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Endryu Cons: Nuhun gəmisi Türkiyədədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla