Yuxarı

Nigar-Fərqanə qalmaqalı - Alim Qasımov müdaxilə etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə Nigar Camalın arasında baş vermiş qalmaqala münasibət bildirib.

Kult.az xəbər verir ki, xalq artisti Teleqraf-a açıqlamasında müğənni Nigar Camaldan bu reaksiyanı gözləmədiyini deyib.

Onun sözlərinə görə, qızı barədə Nigar Camalın ittihamı səhvdir:

"Nigar Camaldan belə bir səhv gözləməzdim. Əslində, hamımız müəyyən kölgələrin altındayıq. Bu dünyada hər şeyin bir səbəbkarı var. Əgər səbəbkar olmasa, Allah da bizə yardım etməz. Hamımız ustadlarımızdan, böyük sənətkarlardan dərs almışıq.

Bəziləri kiminsə kölgəsində qalıb, bəziləri isə həmin kölgədən çıxmağı bacarıb. Şükürlər olsun ki, Fərqanə Qasımova kölgədə qalmayıb. Onun solo konsertləri olub, özü isə çox istedadlı bir sənətçidir. Xahiş edirik ki, bu məsələdən qalmaqal düzəldilməsin".

Qeyd edək ki, 56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nigar Camalla əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal baş verib. Buna səbəb Fərqanə Qasımovanın Nigar Camalın geyimi haqqında yazdığı "Kəsmə yollarla önə getmək, əlbəttə, çox rahatdır - türk qardaşlarımız demişkən" şərhi olub.

Nigar Camalın əməkdar artistə cavabı gecikməyib:

"Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz.

Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar".

Tarix
2025.07.28 / 20:18
Müəllif
Kult.az
Digər xəbərlər

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama

Ayxan Hacızadə iranlı səfirlə görüşdü

Nazir Sahil Həmidova yeni vəzifə verdi

Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova

Əliyevin bu səfəri ilə yeni tarixi mərhələ açıldı - Mey

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Qovlar şəhərinin Baş planı təsdiqləndi

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla