Yuxarı

Vəfat edən şəxsin pensiyasını almaq üçün şərtlər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəfat edən şəxsin pensiyasını almaq üçün şərtlər - Video

Rəsmi statistikaya görə, Azərbaycanda 2024-cü ildə vəfat edən şəxslərin 40 faizinin yaşı 65-dən az olub. Qeyd olunan dövrdə dünyasını dəyişən kişilərin 47 faizi pensiya yaşına çatmayıb. Bu vəziyyət bir məsələni aktuallaşdırır.

Bəs ölən şəxslərin pensiya kapitalından kimlər yararlana bilir?

Axar.az xəbər verir ki, hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, ər-arvaddan biri vəfat etdikdə digər tərəf onun əmək pensiyasını almaq hüququna malikdir:

"Məsələn, kişinin əmək pensiyası qadınınkından yüksəkdirsə, qadın müraciət edərək ərinin təqaüdünü ala bilər".

Digər ekspert hüquqşünas Vüsal Cəfərov isə qeyd edir ki, hazırda qanunvericilikdə vəfat etmiş şəxsin pensiya kapitalının birdəfəlik şəkildə onun vərəsələrinə verilməsi ilə bağlı hər hansı bir tənzimləmə mövcud deyil:

"Lakin ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə təyin olunan pensiyanın hesablanmasında nəzərə alınır".

Ekspertlər bildirirlər ki, digər hallarda vəfat edən şəxsin pensiya kapitalı həmrəylik prinsipi əsasında xərclənir. Yəni fərdi uçot əsasında toplanmasına baxmayaraq, yığılan vəsait digər şəxslərin pensiyalarının ödənilməsinə yönəldilir.

Daha ətraflı Baku TV-nin süjetində:

Tarix
2025.12.09 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla