Yuxarı

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistan Baş Prokurorluğu Sünikdə (Zəngəzurda) sərhədi naməlum şəraitdə keçərək saxlanılan Nəsimi Musayev barəsində ikinci cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, iş Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi (dövlət sərhədini qanunsuz keçmə) və 340-cı maddəsinin 1-ci hissəsi (odlu silah qaçaqmalçılığı) üzrə başlanılıb.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu dünən Şəki kəndində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 166-cı maddəsinin 2-ci hissəsinin 6-cı bəndi (silah tətbiq etməklə ağır bədən xəsarəti yetirmə), 335-ci maddəsinin 1-ci hissəsi (odlu silahın qanunsuz dövriyyəsi) və 207-ci maddəsinin 1-ci hissəsi (şəxsi mülkiyyətin toxunulmazlığının pozulması) üzrə cinayət işinin başlanıldığını bildirmişdi.

Tarix
2026.10.02 / 13:53
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla