Yuxarı

Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər

13:06

Artıq göstəriş verildi, gələn il minimum əmək haqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.

"Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür", - dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib - bu il və keçən il sentyabr aylarında və hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur:

"Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən investisiyalar lazımdır - həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna. Ona görə bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır. Bax, sentyabrın sonunda keçirilmiş İkinci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumları iştirak edib. Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli, - özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər, - insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər".

Tarix
2026.10.02 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla