Yuxarı

Mahir, üzr istəmək yox, xalqa bunu demək lazımdır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahir, üzr istəmək yox, xalqa bunu demək lazımdır

Dünən Azərbaycan millisi cırtdan Lixtenşteynin dülgər, qaynaqçı, malakeşlərdən ibarət qeyri-peşəkar yığma komandasını uda bilməyib. Bizim camaat da düşüb futbolçuların, baş məşqçinin, hətta AFFA-nın üstünə...

Gözəl insanlar, heç kimdə günah yoxdur, biz sadəcə futbol oynamağı bacarmırıq. Nala-mıxa vurmayın! Bunu yüksək səviyyədə bacara bilən ispanlar, ingilislər, braziliyalılar, fransızlar, hollandlar var, biz bacarmırıq.

Görürsünüz, Lixteynşteynin qaynaqçısı oynaya bilir, amma biz bacarmırıq. Dünyanın külli futbol camiəsi, Mourinyo, Qvardiola, Kloppdan tutmuş De Zerbiyə kimi baş məşqçilər tökülüb gələ Azərbaycana, yenə Lixteynşteynlə göstərdiyimiz oyundan fərqli nəsə göstərə bilməyəcəyik. Çünki bacarmırıq, olanımız, oyunumuz budur.

90-cı illərin Sovet futbolunun yetirmələri də bu gündə oynayırdılar, yeni nəsil gənclər də. Pulumuz olmayanda, peraşki yeyib meydana çıxanda da belə oynayırdıq, indi də. Heç nə dəyişməyib. Dəyişən AFFA rəhbərliyi və ortada dağıdılan pulların məbləğidir.

Deyirlər, AFFA Azərbaycan futboluna, ümumiyyətlə uşaq futboluna zərbə vurur. Regionlarda uşaq futbol məktəbləri yoxdur, olanlar da dağıdılıb. Regionları kənara qoyaq, Bakıda uşaq futbol məktəbləri var axı. İndiyədək gürcülərin Xviça Kvaratsxeliyasının dörddə biri səviyyəsində futbolçu yetişib Azərbaycanda? Hansısa vunderkind gəlib dayanıb "Qarabağ"ın, "Neftçi"nin, "Sabah"ın qapısında və onu qəbul etməyiblər? Yetişən səviyyəli futbolçular göz qabağındadır. Ən səviyyəlisi Mahir Emrelidir, onun da oynadığı liqanı tanıyırsınız.

90-cı illərdən bəri Azərbaycan futbolu kimləri yetişdirib, "Real"a, "Barselona"ya, "Liverpul"a və digər Avropa nəhənglərinin qapısına göndərib?

Bəli, sıldırım qayaya dırmaşıb heç kimin edə bilmədiyini edib, şəhərimizi düşməndən azad etməyi bacarırıq, dünya səviyyəli musiqiçi yetişdiririk, dünyanın ən dadlı mətbəxinə malikik. Amma futbol oynaya bilmirik!

Dünən də Mahir Emreli Lixtenşteynlə oyuna görə Azərbaycan xalqından üzr istəyib.

Üzr istəmək lazım deyil. Onsuz da illərdir yığmanın hansısa futbolçusu belə oyunlara görə üzr istəyib.

Üzr yox, etiraf lazımdır. Çıxıb deməlisiniz ki, əzizlər, bacarmırıq da, futbol bizlik deyil!

Tarix
2026.10.02 / 12:37
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla