Yuxarı

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Sitarə Tariхazər Şabran rayonunun Əmirxanlı qəsəbəsi yaxınlığında, Dəvəçiçay çayının sahilində inkişaf etmiş sürüşmələr üzrə monitorinq aparıb.

İnstitutdan Axar.az-a verilən məlumata görə, sürüşmələr bir neçə yaşayış tikilisini dağıdıb, bir sıra evlər isə uçma təhlükəsi ilə üzləşib.

Aparılmış monitorinq nəticəsində müəyyən edilib ki, vadinin quruluş xüsusiyyətləri, sürüşmələrin yayılma spesifikliyi və inkişaf şəraiti bu proseslərin Dəvəçiçay çayının aşağı axınında hələ də davam etdiyini göstərir. Sürüşmə proseslərindən zədələnmiş sahələr çayın məcrası boyunca uzanaraq, bəzi yerlərdə onun subasar sahələrini və birinci terraslarını əhatə edir. Bu ərazilər yeraltı suların qalxması və daşqınlarla müşayiət olunan nəmlənməyə məruz qalır ki, bu da sürüşmə proseslərini daha da aktivləşdirir:

“Məlumdur ki, Dəvəçiçay vadisində sürüşmələrin aktivləşməsinin əsas səbəbləri təbii amillərlə bağlıdır. Bunlar atmosfer yağıntıları, çayın su sərfi və axın sürəti, zəif və dayanıqsız torpaqlar, onların yüksək rütubətliyi, suyu keçirməyən layların və elastik-plastik layların mövcudluğu, həmçinin torpağın kifayət qədər sıxlaşmaması, torpaqdakı çatlar, yamacların su axınları tərəfindən yuyulması və süni yaradılmış torpaq örtüyüdür. Bununla yanaşı, antropogen təsirlər texnogen yüklənmənin artdığı şəraitdə həlledici amilə çevrilir. Sürüşmələr həmçinin Dəvəçiçay üzərində yerləşən körpü keçidi sahəsində də müəyyən edilib.

Mümkün nəticələr arasında çay məcrasının qismən bağlanması da var ki, bu öz növbəsində yaxın ərazilərin su basmasına və yamacların deqradasiyasının sürətlənməsinə səbəb ola bilər. Nəticə etibarilə bu, əlavə yaşayış tikililərinin də dağılması ilə nəticələnəcək”, - məlumatda qeyd olunub.

Tarix
2025.12.08 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...

Bu dəmir yolu Zəngəzurla Naxçıvanı birləşdirəcək - Prezident

Qarabağ buğda əkən bir neçə generalın nəzarəti altında idi

Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

Bu ölkələr bizi dayandırmaq istəyirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla