Yuxarı

Əli Həsənovun Aruzu söyüş-təhqirə keçdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Həsənovun Aruzu söyüş-təhqirə keçdi

Yazıçı Şərif Ağayar Sayman Aruzla bağlı 183 güneyli yazar, tənqidçi və ədəbiyyatçının birgə müraciətinə öz verilişində münasibət bildirib. Ağayana münasibətdir, demək olar ki, şəxsi mövqe yoxdur, baxmayaraq ki, Şərif Ağayar Sayman Aruzun yaradıcılığını təhlil edib, onu darmadağın edə, bu şəxs haqda daha real mənzərə yarada, əsl həqiqətlərin ortaya çıxmasında müstəsna rol oynaya bilərdi.

Ancaq bu adi münasibət belə Sayman Aruzun şəbəkəsini “qane etməyib” və onlar sürü halında Şərif Ağayarı təhqir etməyə başlayıblar.

Sayman Aruz haqda mənfi yazanı ən ağır söyüşlərlə təhqir etmək ilk dəfə deyil və bu, “ənənə” halını alıb. Eyni “əxlaqdır” – yəni xaricdəki söyüş blogerləri ilə Sayman Aruzun troll şəbəkəsinin “iş üslubu” oxşardır, yalnız hədəfləri fərqlidir. Sayman Aruzun troll şəbəkəsi ədəbiyyat, sənət adamlarını hədəf seçir və bu “seçim” onlara cəzadan yayınmağa, eyni zamanda, ölkə daxilində “söyüşlə susdurma” əxlaqsızlığını adiləşdirməyə “şans” tanıyır.

Söyüş blogerləri ilə Sayman Aruzun troll dəstəsi mahiyyətcə xalqın əxlaqına, davranış qaydalarına qarşıdır; hər iki şəbəkə söyüşün dərəcəsini artırmaqla qarşı tərəfi susdurmağa çalışır. Bu, “mübarizə”nin yeni metodudur və bir mərkəzdən diktə edilir. Haradan?

Xaricdəki söyüş blogerlərinin maddi və mənəvi “mənbələrinin” Bakıdan, Ramiz Mehdiyev və Əli Həsənovdan qaynaqlandığı haqda indi artıq hər kəs açıq və rahatlıqla danışa bilir. Sayman Aruzun da ictimai statusunun arxasında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov dayanırdı. Azərbaycan Yazıçılar Birliyindəki mənbədən aldığımız məlumata görə, Sayman Aruzun Anarın müşaviri və Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı “məsul” şəxs olmasını AYB sədrindən Əli Həsənov şəxsən xahiş etmişdi. Əli Həsənov vəzifədən gedəndən sonra “müşavirlik” başa çatsa da, dəyişən reallığa dərhal uyğunlaşan Sayman Aruz digər vəzifəsini qorumağa nail oldu.

Sayman Aruzun İran casusu olması haqda dəfələrlə yazmışıq və sübutlarımızı ortaya qoymuşuq. Xaricdəki söyüş blogerləri ilə eyni üslubu bölüşmələri isə ümumilikdə bu metodun İran kəşfiyyatının beyninin məhsulu olması ehtimalını ortaya qoyur.

Xatırlayırsınızsa, Əli Həsənov “İranla danışıqlardan məsul şəxs” statusunda idi. Ancaq “ustadı” Ramiz Mehdiyev Rusiya ilə əlaqələri necə qururdusa, Əli Həsənov da İranla münasibətlərdə “eyni prinsipi” tətbiq edirdi və təbii ki, öhdəlik götürdüyü ölkənin casuslarına şərait yaradırdı.

Şərait yaradılanlar iş başındadır, onlar Azərbaycanın dəyərlərinə qarşı öz missiyalarına davam edirlər.

Sayman Aruz troll dəstəsi saxlayır, bu dəstəni həftəlik məclislərlə, maliyyə dəstəyi ilə qidalandırır, çünki özünün ciddi biznes şəbəkəsi var; bu biznes şəbəkəsini necə qurması, maliyyəni hardan tapması və ona kimin yardım etməsi isə artıq heç kim üçün qaranlıq olmamalıdır.

Bu, çox ciddi şəbəkədir və dövlətin müvafiq qurumlarının onlarla məşğul olmasının vaxtı çoxdan çatıb.

Tarix
2025.12.08 / 13:58
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla