Yuxarı

İrəvanda öldürülən Baymuradova ilə bağlı şok detal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda öldürülən Baymuradova ilə bağlı şok detal

Oktyabr ayında İrəvanda qətlə yetirilən 23 yaşlı çeçen əsilli Ayşat Baymuradovanın şəxsiyyəti və ölümü ilə yeni məlumat yayılıb.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, Baymuradova Çeçenistan rəhbəri Ramzan Kadırovla qohum olub.

Hüquq müdafiəçisi Svetlana Anoxinanın sözlərinə görə, Ayşatın nənəsi Kadırovun atası Əhməd Kadırovun əmisi qızı olub.

Məlumata əsasən, Ayşat 17 yaşında atıcılıq üzrə təlimatçı Alsot Teliyevə ərə verilib. Teliyev həm də Çeçenistanın təhlükəsizlik strukturlarında çalışan hərbçilərə təlim keçirmiş şəxslərdən biridir. Baymuradovanın Çeçenistanda bir övladı qalıb.

Hüquq müdafiəçiləri bildirirlər ki, Ayşatın Çeçenistandan qaçışı bir il əvvəl planlaşdırılıb. Ermənistan ərazisinə daxil olduqdan sonra onun ardınca heç bir axtarış elan edilməyib, yalnız həyat yoldaşı tərəfindən təhdid mesajları göndərilib. Buna baxmayaraq, Baymuradova açıq sosial media hesabları idarə edir, şəkillər və geolokasiya paylaşır, üstəlik Çeçenistan rəhbərliyini tənqid edən paylaşımlar edirdi.

Mərhumun yaxınlarının sözlərinə görə, Ayşat son dəfə Karina İminova adlı qadınla birlikdə görülib. İminova iki ay əvvəl onunla əlaqə saxlayaraq Avropaya köçməyə yardım edəcəyini vəd etmişdi. Ayşat Almaniyaya humanitar viza almağa çalışsa da, müraciəti “kifayət qədər güclü hesab edilməyib”.

Baymuradovanın meyiti üç gün sonra İrəvanın mərkəzindəki mənzillərdən birində tapılıb. Şahidlərin sözlərinə görə, mənzil tamamilə qan içində olub. Cəsəd giriş qapısının yaxınlığında aşkarlanıb, üzərində zorakılıq əlamətləri və mənzildən çıxmağa cəhd etdiyini göstərən izlər qeydə alınıb.

Tarix
2025.12.08 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla