Yuxarı

Ərdoğan dedi ki, yeni dövr başlayır - Orban

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan dedi ki, yeni dövr başlayır - Orban

Macarıstanı əhatə edən dünyaya baxdığımda güclənən tərəf kimi Türk dünyasını görürəm.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Son yüz ildə Macarıstanın Türk dünyası ilə əlaqələrinin zəiflədiyini bildirən Orban 2010-cu ildən sonra Ərdoğanın tarixi pəncərəni açdığını vurğulayıb:

"Ərdoğan dedi ki, yeni dövr başlayır. Başqa bir dünya olacaq və Türk dünyası çox böyük enerji toplayacaq. Türk əsri adlandırılan böyük bir planın olduğunu gördüm".

Orban Ərdoğanın Macarıstanı Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi dəvət etdiyini xatırladaraq, o vaxtdan bəri Türkiyə-Macarıstan əməkdaşlığını və Türk dünyası ilə qarşılıqlı əlaqələri daim inkişaf etdirdiklərini qeyd edib:

"Macarıstanı əhatə edən dünyaya baxdığımda, həqiqətən çalışan, irəli çıxan və güclənən tərəf kimi Türk dünyasını görürəm. Bu fürsəti dəyərləndirmək istəyirik. Macarıstan Qərbdə german, slavyan və latın dünyaları arasında tək qaldı. Biz heç birinə mənsub olmayan xalqıq, millətik. Türk dünyası ilə münasibətlərimiz bizim üçün çox vacibdir. Həmişə belə olub".

Tarix
2025.12.09 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla