Yuxarı

Azərbaycan millisi tarix yazdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan millisi tarix yazdı

Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan milli komandası uğurlu çıxış edib.

Axar.az xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərlik etdiyi yığmanın üç üzvü yarışın final mərhələsində qızıl medal qazanıb. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə yarışda bürünc medal əldə ediblər. Komanda hesabında 90 xal toplayan Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub.

Dünya Seriyasının beş mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən, mövsümün dünya çempionları da müəyyənləşib. Vüsal Əliyev (80 kq) karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov (90 kq) da dünya çempionu olub.

Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyev (+90 kq) isə öz çəki dərəcələrində dünya üçüncüsü adını qazanıblar.

Beləliklə, iki qızıl və üç bürünc medal əldə edən Azərbaycan millisi komanda hesabında tarixində ilk dəfə çimərlik güləşi üzrə Dünya Seriyasının dünya çempionu olub.

Azərbaycan yığmasının mövsüm ərzindəki uğurlu çıxışı Dünya Güləş Birliyinin (UWW) də diqqətindən kənarda qalmayıb. UWW Oyan

Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva xüsusi mükafatı mütəxəssisə təqdim edib.

Qeyd edək ki, yarışda I-S dərəcəli hakim Asif Şirəliyev də ədaləti qoruyub.

Tarix
2026.09.27 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla