Yuxarı

Bakıda kişi ad gününə gedən sevgilisinə işgəncə verdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda kişi ad gününə gedən sevgilisinə işgəncə verdi

Bakıda sevgilisinə davamlı olaraq işgənc verən şəxs həbs edilib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, 37 yaşlı Elçin Qəmbərov (şərti adla) 2 ilə yaxındır bir yerdə yaşadığı qadını dəfələrlə döyüb, eləcə də fiziki və psixi işgəncələr verib.

İttiham aktına görə, Elçin ondan icazəsiz ad günü məclisinə getməsinə görə yumruqla sevgilisi Günayın (şərti adla) baş və bədəninin müxtəlif nahiyələrinə çoxlu zərbələr vuraraq, xəsarətlər yetirib. Bundan başqa o, bir neçə dəfə qısqanclıq, həmçinin Günayın ondan ayrılmaq istəməsi səbəbilə qadını yumruq və təpik zərbələri ilə döyüb. Həmçinin dəmir tava ilə Günayın əllərinin üstün və bud nahiyələrinə çırparaq, fiziki işgəncə verib.

Fakt əsasında Elçin Qəmbərov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, həmçinin ağır iztirablar verməklə qəsdən sağlamlığa az ağır zərər vurma) və 133.2.6.-cı (işgəncə vermək) maddələri ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində günahını boynuna almayıb. O, sevgilisinə işgəncə vermədiyini dilə gətirib.

Zərərçəkən qadın isə Elçinlə bir-birini çox sevdiklərini, sevgilisini bağışladığını bildirib. Onun sözlərinə görə, hər ikisi bir dəfə ailəli olub ayrılıblar. Hər birinin də 2 övladı var. Günay bildirib ki, bir-birini çox istəsələr də, ailələri evlənmələrinə razı olmur. Bu şikayəti də ailəsinin təkidi ilə verib. Günayın sözlərinə görə, Elçin həbsdən çıxandan sonra münasibətlərini rəsmiləşdirəcəklər.

O, Elçin Qəmbərova qarşı şikayətçi olmadığını deyib.

Məhkəmənin qərarı ilə Elçin Qəmbərov 1 il 7 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2026.09.27 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla