Yuxarı

İstanbuldakı leysan Azərbaycana gəlir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbuldakı leysan Azərbaycana gəlir?

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib.

Bəs oxşar yağışların yaxın vaxtlarda Azərbaycanda da baş verməsi ehtimalı varmı?

Axar.az xəbər verir ki, Sfera.az-a açıqlama verən ekoloq Ənvər Əliyev güclü yağıntıların yalnız Türkiyə üçün xarakterik olmadığı, geniş ərazilərə təsir göstərən planetar atmosfer prosesləri ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana qədər uzanan geniş ərazi bu atmosfer proseslərinin təsiri altında qalır.

Ekoloq qeyd edib ki, "Azor maksimumu" adlandırılan antisiklon və digər planetar atmosfer prosesləri hava şəraitinə birbaşa təsir göstərir:

“Bu təsirlər bəzən geniş bir coğrafiyanı əhatə edir. İspaniya, Portuqaliya, Türkiyə, Qafqaz və ətraf ərazilərdə müxtəlif hava hadisələrinin yaranmasına səbəb ola bilir. Hər ölkənin özünəməxsus iqlimi olduğundan, belə proseslərin nə vaxt və hansı intensivlikdə baş verəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək çətin olur. Lakin bütün hallarda biz hər şeyə hazır olmalıyıq. XXI əsrdə təbiətdən asılı vəziyyətdə qalmaq düzgün deyil. İşlərimizi elə qurmalıyıq ki, ölkənin hər bir ərazisində görülən tədbirlər iqlim göstəricilərinə və mümkün iqlim dəyişikliklərinə uyğun olsun”.

Tarix
2026.10.19 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla