Yuxarı

4 ölkənin yüzlərlə məktəbində partlayış xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 ölkənin yüzlərlə məktəbində partlayış xəbərdarlığı

Bazar ertəsi Şimali İrlandiya, Şotlandiya, Macarıstan və Serbiyada yüzlərlə məktəbə partlayış təhlükəsi ilə bağlı mesajlar daxil olub.

Axar.az Report-a istinadən xəbər verir ki, təhsil müəssisələrinin bir hissəsi təxliyə olunub, lakin hüquq-mühafizə orqanları hədələrin yalan ola biləcəyini hesab edir.

Bu ölkələrdə baş verən insidentlərin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.

Şimali İrlandiya polisi hadisəni araşdırır və hazırkı mərhələdə təhdidləri əsassız sayır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 300-ə qədər məktəb eyni elektron məktubu alıb. Analoji mesajlar Böyük Britaniyanın digər məktəblərinə də daxil olub.

Şotlandiya polisi də ölkə üzrə bir sıra məktəblərə təhdidlər daxil olduğunu bildirib.

"Bu mesajlar yalan məlumat kimi qiymətləndirilir. Polis əməkdaşları araşdırma aparır", - hüquq-mühafizə orqanlarının bəyanatında deyilir.

Macarıstanda yerli media redaksiyalarına da eyni məzmunlu elektron məktublar göndərilib. Onların müəllifləri iddia ediblər ki, ölkənin 70-dən çox məktəbində partlayıcı qurğular yerləşdirilib. Bir çox təhsil müəssisələri təxliyə edilsə də, yoxlamalar zamanı bomba aşkarlanmayıb.

"İndiyədək aparılan yoxlamaların nəticələrinə görə, səhər saatlarındakı hədələrin əsassız olduğu məlum olub", - Macarıstanın daxili işlər naziri Qabor Posfay Feysbukda bildirib.

Qonşu Serbiyada 100-dən çox məktəbə partlayış hədələri daxil olub, bu barədə RTS dövlət telekanalı məlumat yayıb.

Tarix
2026.10.19 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla