Yuxarı

ABB Beynəlxalq Risk Forumu keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməsi sahəsində yerli və xarici mütəxəssislər, beynəlxalq ekspertlər bir araya gəlib. Forumda Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktorunun müavini Dəyanət Sədullayev də iştirak edib.

Axar.az xəbər verir ki, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov çıxışında bildirib ki, geosiyasi qeyri-müəyyənliklər, iqtisadi dalğalanmalar, süni intellektin inkişafı və yeni növ kibertəhlükələr biznes mühitini əvvəlkindən daha mürəkkəb edir. Bu müasir çağırışlar risklərin idarə edilməsinə yanaşmanı da yenidən nəzərdən keçirməyə zərurət yaradır: “Elə forumumuzun əsas ideyası da budur: risklərə ənənəvi çərçivələrdən kənarda baxmaq, beynəlxalq təcrübələri bölüşmək və gələcəyin çağırışlarına birlikdə hazırlaşmaq”.

Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev də çıxışlarında müasir dövrdə risklərin adekvat şəkildə idarə edilməsinin aktuallığı ilə bağlı fikirlərini bölüşüblər.

ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş risk inzibatçısı Aqşin Əmirov “Riski yenidən düşünmək: nəzarətçilərdən memarlara doğru” (reTHINKING RISK: From Gatekeepers to Architects) mövzusunda təqdimatında bu sahədə dəyişən yanaşmaları, ABB-nin tətbiq etdiyi yeni təcrübələri diqqətə çatdırıb.

Forumda qlobal qeyri-müəyyənliklər və sürətlə dəyişən iqtisadi şəraitdə risklərin effektiv idarə olunması, dayanıqlılığın gücləndirilməsi məsələləri ilə bağlı yerli və xarici ekspertlərin təqdimatları olub. Həmçinin süni intellektin yaratdığı imkanlar və risklər, kibercinayətkarlıq və maliyyə dələduzluğu ilə mübarizə sahəsində yeniliklər, rəqəmsal aktivlərin və investisiya risklərinin idarə edilməsi məsələləri müzakirə edilib. Bankçılıqda risklərin idarə edilməsi funksiyasının gələcək perspektivlərinə, innovativ texnologiyaların təhlükəsiz tətbiqi məsələlərinə, strateji qərarvermə və yeni yaranan risklərə çevik reaksiya mexanizmlərinə diqqət yönəlib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.10.19 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla