Yuxarı

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

“Real Madrid” və “Sevilya” komandaları arasında keçirilən qarşılaşma mübahisəli hakim qərarları ilə gündəmə gəlib. Xüsusilə türk futbolçu Arda Gülərin rəqib futbolçuya dirsək zərbəsi endirməsindən sonra meydandan qovulmaması “Sevilya” tərəfinin ciddi narazılığına səbəb olub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Sevilya”nın baş məşqçisi Luiz Qarsiya Plaza hakimlərin həmin epizodda düzgün qərar vermədiyini bildirib. Onun fikrincə, Arda Gülər qırmızı vərəqə ilə cəzalandırılmalı, Madrid klubu isə oyunun böyük hissəsini azlıqda keçirməli idi.

Qalmaqalı daha da böyüdən məqam isə həmin epizoddan az sonra Arda Gülərin qol vurması olub. Türkiyəli futbolçu qarşılaşmanın 30-cu dəqiqəsində hesabı açaraq “Real Madrid”i önə keçirib.

Qeyd edək ki, qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kylian Mbappe iki dəfə, Arda Gülər və Yan Diomande isə bir dəfə fərqləniblər. “Sevilya”nın yeganə qolunu Manu Bueno vurub.

Tarix
2026.10.19 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla