Yuxarı

Almaniya səfiri Sumqayıtda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya səfiri Sumqayıtda - Foto

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke Sumqayıt şəhərinə səfər edib.

Axar.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Azərbaycan-Almaniya əlaqələri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə Zakir Fərəcov qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə həyata keçirilən mühüm infrastruktur layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Sumqayıt Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmaqla yanaşı, sürətlə inkişaf edən şəhərlər sırasında xüsusi yer tutur.

Şəhər rəhbəri Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında 1977-ci ildə əsası qoyulan qardaşlaşma münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb. Bildirilib ki, bu əlaqələr şəhərlərarası əməkdaşlığın inkişafı ilə yanaşı, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də xidmət edir.

Zakir Fərəcov əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb, qarşılıqlı səfərlərin və birgə layihələrin əhəmiyyətini qeyd edib.

Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke isə Sumqayıta səfərindən məmnunluğunu ifadə edərək Azərbaycanın və Sumqayıtın sürətli inkişafını yüksək qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Tarix
2026.10.19 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla