Yuxarı

Fransada komendant saatı tətbiq olunur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada komendant saatı tətbiq olunur

Fransa Baş naziri Sebastyan Lekornu toqquşmalar, talanlar və vandalizmlə müşayiət olunan kütləvi etirazlar fonunda prefektlərdən qismən və lokal komendant saatı tətbiq etmələrini istəyib.

Axar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumata görə, o, bu açıqlamanı Daxili İşlər Nazirliyində keçirilən böhran iclasından sonra verib.

Məhdudiyyətlərin bazar ertəsi axşamı tətbiq edilməsi planlaşdırılır. Komendant saatının qüvvədə olacağı ərazilərin xəritəsi merlərlə məsləhətləşmələrdən sonra dərc olunacaq.

Lekornu fövqəladə vəziyyət elan edilməsini istisna etməyib, lakin hələlik lokal məhdudiyyətlərin daha məqsədəuyğun olduğuna inanır. O, həmçinin zorakılıq və talanlarda iştirak edənlərə qarşı hüquqi tədbirlərin görüləcəyini açıqlayıb.

Qeyd edək ki, Fransada bir neçə gündür aksiyalar və iğtişaşlar davam edir.

Tarix
2026.10.19 / 16:29
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla