Yuxarı

Abşeronda şəhidlərin anım günləri qeyd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda şəhidlərin anım günləri qeyd edildi

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən Müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan abşeronlu qəhrəmanların anım və doğum günləri qeyd edilib.

Axar.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, şəhid ailələri və qazilərlə birgə şəhidlərimiz – Ramil Ağayev, Asif Ataşov, Rufiz Budaqov, Röyal Ələkbərov, Malik Əliyev, Elşad Həsənov, Vüsal Musayev, Şamil Nəcəfov, Daşdəmir Paşayev, İsmayıl Qasımov, Hətəmxan Quliyev, Ülvi Rəhimli, Turqut Xəlilbəylinin il dönümlərində, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Müsibov, Əli Ələkbərov, Hüseyn Həmidzadə və Hüseyn Nəcəfzadənin isə doğum günlərində məzarlarını ziyarət edilib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.

Anım günlərində Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb. RİH başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Tarix
2026.10.19 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla