İranda gəlini bəy evinə görün necə aparırlar - Video
19:36
| Ana səhifə Toplum |
|
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,53 milyon ABŞ dolları dəyərində 6 803 ton arpa (o cümlədən toxumluq) ixrac edib.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26%, kəmiyyət olaraq – 24,3% çoxdur.
Azərbaycan İraqa 1,35 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 dəfə çox) 6 008 ton (+49 dəfə) və İrana 181,3 min ABŞ dolları dəyərində 794,3 ton məhsul satıb.
Azərbaycan 3 il 9 aylıq fasilənin ardından İrana tədarükü bərpa edib.
2025-ci ildə Azərbaycandan ixrac edilmiş 7 min 816 ton arpanın 99,99%-i İraqın payına düşüb.
|
Tarix
2026.10.19 / 19:01
|
Müəllif
Axar.az
|