Yuxarı

“Sabah” çox təhlükəlidir - "Borussiya"nın baş məşqçisi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sabah” çox təhlükəlidir - "Borussiya"nın baş məşqçisi

Biz buraya qalib gəlmək üçün gəlmişik və sabah rəqiblə oyunumuz asan keçməyəcək.

Axar.az xəbər verir ki, bunu “Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

“Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də məqsədimiz aydındır – üç xal qazanmaq və qrupdakı mövqeyimizi daha da gücləndirməkdir. Komandamız son oyunlarda yaxşı dinamika nümayiş etdirir.

“Sabah” təhlükəli və intizamlı rəqibdir, xüsusilə əks-hücumlarda çox təhlükəlidir, lakin biz öz oyun planımıza sadiq qalaraq qələbə qazanmaq niyyətindəyik. Biz son oyunlarda buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Sabah həm hücumda, həm də müdafiədə maksimum diqqətli olmalıyıq. Rəqib komandanın güclü tərəflərini təhlil etmişik və meydana yalnız qələbə üçün çıxacağıq”, - xorvatiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.

Tarix
2026.10.19 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla