Yuxarı

Dambrauskas "Borussiya" ilə oyundan danışdı: Tam hazırıq!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dambrauskas "Borussiya" ilə oyundan danışdı: Tam hazırıq!

Biz sabahkı oyuna yaxşı hazırlaşmışıq və maksimum gücümüzü ortaya qoyacağıq.

Axar.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda Almaniyanın “Borussiya Dortmund” klubuna qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

“Sabah baş tutacaq oyun bizim üçün çox önəmlidir. Rəqibimizin gücünü bilirik, son oyunlarda istədikləri nəticəni əldə edə bilməsələr də, onlar çox təhlükəli komandadır. Biz rəqibi çox ciddi şəkildə təhlil etmişik və matça tam hazırıq. Azarkeşlərimizin dəstəyi ilə meydanda “Borussiya Dortmund”a qarşı əlimizdən gələnin maksimumunu edəcəyik”, - o bildirib.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxasdir.

Tarix
2026.10.19 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı buna aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla