Yuxarı

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokolların statusu") üzrə bəyanatında keçmiş işğalçı rejimin hərbi komandirlərinin münaqişə zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib.

Axar.az xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəsi, səfir Tofiq Musayev səsləndirib və minalar səbəbindən Azərbaycanda mülki şəxslər arasında davam edən ölüm, yaralanma hallarına, eləcə də keçmiş münaqişə ilə əlaqədar hələ də itkin hesab edilən minlərlə azərbaycanlının taleyinə diqqət çəkib.

Həmçinin keçmiş işğalçı rejimin hərbi komandirlərinin və rəhbərlərinin münaqişə zamanı törətdikləri, əksəriyyəti beynəlxalq hüquqa əsasən ağır cinayətlər hesab edilən əməllərə görə cinayət təqibinə cəlb olunması və məhkum edilməsi barədə məlumat verilib. Onların azadlığa buraxılması ilə bağlı çağırışların əsassız və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

Səfir T. Musayev bildirib ki, bu cür cinayətlər ümumbəşəri dəyərlərə hücum xarakteri daşıdığından, heç bir dövlət onları törədənləri məsuliyyətdən azad etmək və ya cinayətlərinin hüquqi nəticələrinə məhəl qoymamaq hüququnu mənimsəməməlidir:

"Beynəlxalq ictimaiyyət cəzasızlığa qarşı çıxmaqda və qurbanların, sağ qalanların və onların ailələrinin yanında olmaqda qətiyyətli olmalıdır. Ədalət həqiqəti bərqərar etməyə, tarixi faktları qorumağa və həqiqi barışıq üçün əsas yaratmağa kömək edir".

Tarix
2026.10.19 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla