Yuxarı

Maksim Qalkinin Türkiyədəki konserti ləğv oluna bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maksim Qalkinin Türkiyədəki konserti ləğv oluna bilər

Türkiyədə oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan Maksim Qalkinin konsertinin ləğv edilməsi tələb olunur.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb komediya ustasının İsrail və Qəzza zolağında davam edən müharibə ilə bağlı mövqeyidir.

Aktivistlər bildiriblər ki, Qalkin bir neçə ildir İsraildə yaşayır, İsrail ordusunun hərəkətlərini açıq şəkildə dəstəkləyir və Qəzza zolağında baş verən humanitar fəlakətə haqq qazandırmağa çalışır.

Konsertin ləğv edilməsi tələbi ilə Türkiyənin Daxili İşlər və Mədəniyyət nazirliklərinə, eləcə də İstanbulun yerli hakimiyyət orqanlarına müraciətlər göndərilib.

Yerli sakinlər də məsələyə etirazlarını bildiriblər. Onlar konsertin kim tərəfindən təşkil edildiyini və Qalkinin Türkiyədə çıxış etmək üçün hansı əsaslarla dəvət olunduğunu sorğulayıblar.

Qeyd edək ki, konsertin ləğv edilməsi ilə bağlı tələblər aktivistlərin mövqeyini əks etdirir. Konsertin taleyi ilə bağlı rəsmi qərar barədə məlumat verilməyib.

Tarix
2026.10.20 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla