Yuxarı

Azərbaycanda tanınmış şair vəfat etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda tanınmış şair vəfat etdi - Foto

92 yaşlı şair Soltan İsrafil oğlu Abbasov vəfat edib.

Kult.az xəbər verir ki, şair bu gün yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, o, 1951-1953-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlayıb və 1953-1955-ci illərdə Boyat kənd İnzibati Ərazi üzrə nümayəndə və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləyib.

1957-1960-cı illərdə Neftçala rayon Xıllı qəsəbə orta məktəbində, 1960-1973-cü illərdə isə Neftçala rayon Boyat kənd 8 illik məktəbində müəllimlik edib, 1973-1974-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri, 1991-2006-cı illərdə Boyat kəndi üzrə nümayəndə vəzifələrində çalışıb.

Soltan Abbas 1960-cı illərdən yaradıcılığa başlayıb. "Damcı", "Mənə çox öyrəşmə", "Tut ağacı", "Yollar- ömür yolum", "Həqiqətin ağzı daş saxlamaz", "Rübailər", "Qəzəllər" və digər əsərlərin müəllifidir.

Şair Soltan Abbas 1980-ci ildə "Azərbaycan SSR Xalq Maarifi əlaçısı" nişanına, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin Fəxri fərmanına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə "Məmməd Araz" ali ədəbi mükafatına layiq görülüb.

Tarix
2025.07.19 / 13:54
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla