Yuxarı

Onlara səhvlərinə görə irad bildirə bilmərəm - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlara səhvlərinə görə irad bildirə bilmərəm - Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Şelburn"la matçda buraxılan səhvlərə görə futbolçulara irad bildirməyəcək.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar", - baş məşqçi bildirib.

Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini bildirib:

"Hər dəfə bu barədə danışıram. Heyətdə olan futbolçularımıza güvənirəm. Onların hər biri bizim üçün dəyərlidir. Lakin yeni oyunçulara ehtiyac olacaq. Çünki minimum UEFA Konfrans Liqasında qrup mərəhləsini təmin etdik. Ən azı futbolçuların sayının artması baxımından heyətimizi gücləndirəcəyik".

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 4:0 hesabı ilə üstələyən Ağdam klubu III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Tarix
2025.07.30 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla