Yuxarı

ADU-da macar ifaçı Dalma Felszeginin konserti keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da macar ifaçı Dalma Felszeginin konserti keçirildi

Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində macar ifaçı Dalma Felszeginin təqdimatında konsert keçirilib.

Axar.az xəbər verir ki, konsertdə ADU rəhbərliyi, Macarıstanın ölkəmizdəki səfirliyi, müəllim və tələbələr iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, tədbirin əhəmiyyəti haqqında danışıb.

Qeyd olunub ki, Azərbaycan və Macarıstan arasında uzun illərdi səmimi dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.

Bu münasibətlərin inkişafında mədəniyyət və incəsənət sahəsində keçirilən tədbirlərin mühüm rol oynadığını vurğulayan rektor belə görüşlərin xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman çıxışında Azərbaycan və Macarıstan arasında mövcud olan dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıb.

O, iki ölkə arasında mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafının xalqların bir-birini daha yaxından tanımasına və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Səfir bu cür mədəni tədbirlərin təşkilinin ölkələr arasında dostluq və qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir çərçivəsində macar ifaçı Dalma Felszeginin təqdimatında Frans List və Bela Bartokun fortepiano əsərləri səsləndirlib.

İfa olunan əsərlər macar musiqi mədəniyyətinin zənginliyini və klassik musiqi ənənələrinin özünəməxsusluğunu nümayiş etdirib. Dalma Felszeginin peşəkar ifası dinləyicilərin marağına səbəb olub.

Konsert iştirakçılara dünya klassik musiqisinin görkəmli nümayəndələrinin yaradıcılığı ilə yaxından tanış olmaq, eyni zamanda Macarıstanın musiqi irsini daha dərindən kəşf etmək imkanı yaradıb.

Tədbir Azərbaycan və Macarıstan arasında mədəni əlaqələrin inkişafına, universitet mühitində beynəlxalq mədəni əməkdaşlığın təşviqinə töhfə verib.

Tarix
2026.10.22 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla