Yuxarı

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

Çörək, xüsusən ağ çörək yuxululuğa səbəb olan qidalar siyahısındadır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Natalya Tananakina karbohidratlar, triptofan və maqneziumla zəngin qidalar qəbul etdikdən sonra yuxululuq yarana biləcəyini deyib.

Çörək karbohidratlı qidadır. Nəinki çörək, un məmulatları yedikdən sonra qan şəkəri səviyyəsində kəskin dalğalanmalar baş verir, sıçrayışlar və düşmələr olur. Bu sürətli dəyişikliklər yuxululuq hissinə səbəb olur:

"Karbohidratların miqdarını normada qəbul etmək enerjini qorumaq üçün faydalı ola bilər, lakin çox miqdarda qəbul etmək yeməkdən sonra yuxululuğa səbəb ola bilər".

Çörəkdən başqa karbohidratlarla zəngin qidalardan danışarkən, mütəxəssis şirniyyatları, bişmiş məhsulları, bir çox makaronları, kartofu və ağ düyünü sadalayıb.

Triptofana gəldikdə isə, bu amin turşusu olan qidalar da yuxululuğa səbəb ola bilər. Onların qəbulu serotonin səviyyəsini artırır ki, bu da əhval-ruhiyyəyə və yuxuya müsbət təsir göstərir, rahatlamağa kömək edir. Beləliklə, kəsmik, hinduşka və ya süd yedikdən sonra yuxululuq hissi yarana bilər.

Həmçinin, maqnezium tərkibli qidalar yedikdən sonra güclü yatmaq istəyi yarana bilər ki, bu da yuxu və rahatlama proseslərinin tənzimlənməsinə təsir göstərir. Məsələn, banan və ya bəzi qoz-fındıq yedikdən sonra. Eyni zamanda, həkim xəbərdarlıq edib ki, bədənin qidalara qarşı reaksiyaları fərdi xüsusiyyətlərdən asılı olaraq çox dəyişir.

Tarix
2026.10.22 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla