Yuxarı

"Aris"in bərbad komanda olduğunu... - Baxşıyev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Aris"in bərbad komanda olduğunu... - Baxşıyev

Birinci oyundan əvvəl də qeyd etdmişdik ki, şanslar bərabərdir. Bunu söz xatirinə demirdik, rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Buna görə Bakıdakı oyundan əvvəl şansların 50-nin 50-yə olduğunu demişdik.

Axar.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Yunanıstanda "Aris"lə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfansında deyib.

“Aris”in bərbad komanda olduğunu düşünmürəm. Sizdən fərqli olaraq biz meydanda həmin mübarizəni hiss edirdik. “Aris”ə hörmət edir, bir qədər çəkinirik. Şans dediyiniz statistikadır, ona baxmırıq, oyunun taleyi meydanda həll olunur. Oyun ərzində komanda olaraq ən yaxşısını etməyə çalışacağıq. Birinci oyunu unutmuşuq. Sabahkı görüş haqqında düşünürük. Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram", - o bildirib.

Baxşıyev rəqibin necə oynayacağı barədə danışmaq istəmədiyini də diqqətə çatdırıb:

"Çünki məni komandam, futbolçularımın nə edəcəyi maraqlandırır. “Aris”in güclü və zəif tərəflərini bilirik. Azarkeşlərə gəldikdə, bizim futbolçular da müxtəlif vaxtlarda bu cür fanat ordusu qarşısında oynayıblar. Ona görə ciddi təzyiq altına düşəcəklərinə inanmıram. Yenə deyirəm, Bakıdakı oyunu və nəticəni unutmuşuq. Hər şey sabahkı oyunda həll olunacaq. Biz də komanda olaraq bu görüşə köklənmişik”.

Qeyd edək ki, iyulun 31-də Salonikidə keçiriləcək "Aris" - "Araz-Naxçıvan" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.

Tarix
2025.07.30 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla