Yuxarı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlığı və ölkənin təşkilata qarşıdakı sədrliyini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhmədlə görüşünün yekunlarına dair X sosial şəbəkəsində yazıb.

C.Bayramov Ş. Əhmədi baş katib təyinatı münasibətilə bir daha təbrik edib və ona bu vəzifədə uğurlar arzulayıb.

"Biz Azərbaycan və İƏT arasında əməkdaşlığın gücləndirilməsi, ölkəmizin təşkilatda qarşıdan gələn sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlıq barədə fikir mübadiləsi apardıq", - XİN rəhbəri qeyd edib.

O, həmçinin İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi uzunillik dəstəyə görə minnətdarlığını bildirib.

"Biz təşkilatın səmərəliliyinin artırılmasına və müsəlman dünyasının qarşılaşdığı çağırışlara cavab vermək imkanlarının gücləndirilməsinə yönəlmiş institusional islahatların vacibliyini vurğuladıq", – Bayramov qeyd edib.

Tərəflər İƏT-ə üzv dövlətlər arasında həmrəyliyi gücləndirməyə və dialoq, əməkdaşlıq və kollektiv fəaliyyət vasitəsilə ümumi prioritetləri irəli sürməyə hazır olduqlarını təsdiqləyiblər.

Tarix
2026.10.26 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla