Yuxarı

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

Bu gün Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Cümhur İttifaqının tərəfdaşı Dövlət Baxçalı ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə qardaş türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafı, Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq əlaqələri, bu istiqamətdə indiyədək atılmış mühüm və tarixi addımlar, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müstəqil və güclü siyasətə sahib Azərbaycan və Türkiyənin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsində və Türk dünyasının birliyinin möhkəmləndirilməsində aparıcı rol oynadığı, digər qardaş dövlətlər üçün nümunə və ilham mənbəyi olduğu vurğulanıb. Qarabağ Zəfərinin baş memarı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlətçilik siyasətinin Türkiyə Cümhuriyyəti tərəfindən hərtərəfli dəstəkləndiyi qeyd edilib.

Görüş zamanı TÜRKPA-nın 15-ci plenar iclasının uğurla başa çatması və Assambleyanın 2027-ci il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri də müzakirə olunub. Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsində mühüm platforma olan TÜRKPA-nın parlament diplomatiyası vasitəsilə həyata keçirəcəyi təşəbbüslər, qardaş dövlətlər arasında sıx əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Dövlət Baxçalı öz növbəsində, qardaş Azərbaycana və bütövlükdə Türk dünyasına dəstəyini bir daha ifadə edib. O, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının vacibliyini vurğulayaraq, hər iki dövlətin müstəqil, güclü və qüdrətli ölkələr kimi inkişafının davam etdirməsinin bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını və digər qardaş dövlətlər üçün örnək olduğunu bildirib.

TÜRKPA-nın Baş katibi Ramil Həsən Türk dünyasının birliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrə, Azərbaycan-Türkiyə qardaşlığının daha da gücləndirilməsinə göstərdiyi dəstəyə, eləcə də iki ölkənin dövlət başçıları tərəfindən həyata keçirilən strateji siyasətə verdiyi yüksək dəstəyə görə cənab Dövlət Baxçalıya təşəkkürünü bildirib. Baş katib TÜRKPA-nın bundan sonra da qardaş dövlətlər arasında müstəqil, güclü siyasətin həyata keçirilməsində parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunması və qanunvericilik sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin TÜRKPA Baş katibinin müavini Məhəmməd Alpər Hayali iştirak edib.

Tarix
2026.10.26 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla